Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Danimarkanı məğlub etdi
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FİFA dünya kuboku-2017 turnirinin seçmə mərhələsində ikinci oyununu keçirib. Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub. Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Komandamız ilk oyunda Bolqarıstan yığmasını 7:2 hesabı ilə məğlub etmişdi.
Oxşar xəbərlər
Millimizdən növbəti qələbə - II MDB oyunları
Millimiz məğlub oldu
Millimiz Türkiyə yığmasını məğlub etdi
Millimiz məğlub oldu
Millimiz İngiltərəyə qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası