Voleybol millimiz tarixi oyuna çıxır
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası bu gün tarixi oyuna çıxacaq.
Sportfm.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda görüşdə İsveçin qonağı olacaq.
G qrupunda VI tur qarşılaşmasından öncə Azərbaycan millisi 8 xalla 2-ci, İsveç isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır.
İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komanda - Makedoniya, Finlandiya, Monteneqro, Avstriya (hamısı 5 xal) və İsrail (4 xal) yığmalarından biri öz qruplarındakı son tur qarşılaşmalarında xal itirməlidirlər.
Azərbaycan final mərhələsinə vəsiqə qazansa, bu, kişilərdən ibarət yığma üçün tarixdə ilk olacaq.
Avropa çempionatı, seçmə mərhələ
G qrupu, VI tur
20:00. İsveç - Azərbaycan
Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)
Stokholm, "Eriksdalshallen" voleybol salonu
Oxşar xəbərlər
Azərbaycan millisinin rəqibləri bilindi - AVRO-2024
"Komandamızda kökü azərbaycanlı olanlara üstünlük verirəm" - VİDEO
Azərbaycan yığması Lüksemburq seçməsi ilə görüşəcək
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Azərbaycan İsveçlə eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası