reklam
Sportfm.az xəbər saytı

"Neftçi" Rusiya Premyer Liqasının təmsilçisi ilə görüşəcək


"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Sportfm.az kluba istinadən xəbər verir ki, bu gündən etibarən istirahətə buraxılan “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək.

"Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komanda yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq. Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

 

Oxşar xəbərlər

“Neftçi”nin qış hazırlıq planı məlum oldu - 3 yoxlama görüşü keçirəcək
"Neftçi"nin hazırlıq planı açıqlandı
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
"Neftçi" azərbaycanlı futbolçuya qarşı
“Zirə”nin qış hazırlıq planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər