reklam
Məşhur çalışdırıcı Azərbaycan millisinə gəlməkdən imtina etdi
Sportfm.az xəbər saytı

Məşhur çalışdırıcı Azərbaycan millisinə gəlməkdən imtina etdi


AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. 

Sportfm.az xəbər verir ki, yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya Slaven Biliçi məsləhət görüb. Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan xorvatiyalı mütəxəssis isə millimizdə işləməkdən imtina edib. O, müqaviləsinin olduğunu və yığmamızda uğur qazana bilməyəcəyini bildirib. 

Qeyd edək ki, 50 yaşlı çalışdırıcı Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"in "sükanı arxası"nda olub. 2014/17-ci illərdə yığmamıza rəhbərlik edən Robert Prosineçki Xorvatiya millisində Biliçin köməkçisi olub.

Oxşar xəbərlər

Robert Prosineçki Bosniya və Herseqovina millisindən getdi! - hara gedəcək?
Biliç geri qayıdır!
AFFA-dan Nikola Yurçeviç açıqlaması gəldi
Robert Prosineçki xəstəxanaya düşdü - FOTO
“Prosineçki özünü Azərbaycanda da sübut etdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər