reklam
Hücumçunu öldürməyə çalışdılar, əlindən yaralandı
Sportfm.az xəbər saytı

Hücumçunu öldürməyə çalışdılar, əlindən yaralandı


"Vilyarreal"ın sabiq futbolçusu Nikki Billi Nilsen silahlı hücuma məruz qalıb.

Sportfm.az xəbər verir ki, hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib. 30 yaşlı hücumçunu öldürməyə cəhd edən cinayətkarlar ona odlu silahdan atəş açıblar. Nəticədə Nilsenin əli yaralanıb.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bir qadın və bir kişi həbs olunsa da, 3-cü şəxs şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Danimarka millisində 3 oyun keçirən, "Elçe", "Rayo Valyekano" və "Rusenborq" kimi komandaların şərəfini qoruyan təcrübəli forvard hazırda klubsuzdur.

Oxşar xəbərlər

Messinin evini qarət etmək istədilər
"Mançester Yunayted"in sabiq futbolçusu azadlığa buraxıldı
Futbolçuya silahlı hücum edildi - FOTO
Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Taksisti döydü, həbsdə yatacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər