Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roberto Bordin onu Bakıya gətirməyə çalışır, o isə yaxşı pul istəyir
“Neftçi” “Şerif”in aparıcı üzvü Ziqi Badibanqanı heyətinə qatmaq istəyir.
Sportfm.az xəbər verir ki, paytaxt klubu hücum xəttində alternativlərin çox olmasını arzulayır. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin sabiq klubundan tanıdığı futbolçunun yenidən sərəncamında olmasına müsbət yanaşır. Sadəcə, belçikalı futbolçu "Şerif"də yüksək əmək haqqı alır. 27 yaşlı hücumçunu qane edəcək məbləğ təklif olunsa, futbolçu Bakıya gəlməyə razılaşacaq.
Qeyd edək ki, Badibanqanın "Şerif"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, Tiraspol klubunda Bordinin rəhbərliyi altında çıxış edib.
Oxşar xəbərlər
Bordin yeni işinə başladı - Yığmada
“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisində - RƏSMİ
"Neftçi"nin sabiq baş məşqçisi danışıqlar aparır - "Şerif"lə
Roberto Bordin: "Çalışacağıq ki, yeni mövsümdə baş rolda biz olaq"
Bordin açıqladı: "Neftçi" italiyalı futbolçularla maraqlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası