reklam
Sportfm.az xəbər saytı

"Keşlə"nin məşqçisinin kitabının təqdimat mərasimi keçirildi -FOTOLAR


Ötən gün paytaxtımızdakı Park Sentral Oteldə futbol məşqçisi və yazıçı Elmir Hüseynoğlunun "Savannaya qayıdış" kitabının təqdimat mərasimi keçirilib. 

Sportfm.az xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, ədəbiyyatşünaslar, gənc yazarlar, media və futbol ictimaiyyətinin nümayəndələri, uşaqlar iştirak ediblər. Təqdimat mərasimində söz alanlar kitabın hazır­lanması sahəsində görülən işlərdən, "Savannaya qayıdış"ın ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfədən, ümumilikdə, uşaqlar arasında ictimai fikrin formalaşmasına xidmət edən mühüm vasitə olmasından söhbət açıblar. Elmir Hüseynoğlu imzası ilə ilk dəfə nəşr olunan kitabın gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlməsindən bəhs edən natiqlər, Azərbaycan ədəbi mühitində məşqçi-yazarın olmasından qürur duyduqlarını dilə gətiriblər. Tədbirdə çıxış edən Sportfm.az saytının baş redaktoru Araz Əhmədov bu kitabın kiçikyaşlı futbolçular arasında böyük marağa səbəb olduğunu və gələcəkdə müəyyən sterotiplərin sındırılmasında mühüm rol oynayacağını vurğulayıb. Təqdimatda yer alan uşaqlar arasında sual-cavab viktorinası da təşkil edilib. Qaliblərə müxtəlif kitablar hədiyyə olunub. Sonda kitabın çapında əməyi olan, tədbirdə iştirak edən və çıxış edən hər kəsə təşəkkürünü bildirən müəllif, qonaqlar üçün kitabını imzalayıb. 

Qeyd edək ki, Elmir Hüseynoğlu "Keşlə" futbol klubunun 11 yaşlılardan ibarət komandasını çalışdırır. 

Oxşar xəbərlər

"100 yaşlı Tovuz futbolu" kitabı təqdim edildi - FOTO
"Qarabağ"a həsr olunmuş kitabın təqdimatı oldu
MOK-un 20 illik yubiley mərasimi keçirildi
“Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirildi
Azərbaycanlı hakimə həsr olunmuş kitab nəşr edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər