reklam
Riçard Almeydadan
Sportfm.az xəbər saytı

Riçard Almeydadan "Qarabağ" -AÇIQLAMASI


Adı "Qarabağ"la hallanan "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda yayılan şaiyələrə münasibət bildirib. 

Sportfm.az xəbər verir ki, millimizin üzvü sports.kz saytına açıqlamasında xəbərlərdən məlumatlı olmadığını deyib: "Mən bu barədə heç nə bilmirəm. "Astana" ilə müqaviləm davam edir. Qazaxıstanda mövsüm bitdiyi üçün Braziliyada dincəlirəm".

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Millimizin üzvü yayda "Astana" ilə 2 illik müqavilə bağlamışdı.

Oxşar xəbərlər

Riçard Almeyda "Qarabağ"dan getdi
Riçard Almeydadan 90 dəqiqəlik performans
Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?
Riçard Almeyda: "Astana"nı rədd edə bilməzdim"
Riçard Almeyda ilə rəsmən müqavilə imzalandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər