reklam
Riçard Almeyda:
Sportfm.az xəbər saytı

Riçard Almeyda:"Astana"nı rədd edə bilməzdim"


"Qarabağ"dan ayrılaraq, "Astana"ya transfer olan Riçard Almeyda açıqlama verib. 

Sportfm.az xəbər verir ki, milli komandamızın 29 yaşlı yarımmüdafiəçisi "Astana"ya keçmə səbəbini və hədəflərini açıqlayıb. 

"Qarabağ"dan ayrılandan sonra çoxlu təkliflər aldım. Ancaq mən, ailəm və agentim Qazaxıstan variantına üstünlük verdik. "Astana"da oynamağın mənə faydalı olacağını düşündük. Bu təklifi iki həftə əvvəl aldım. Qazaxıstan mənə və ailəmə maraqlı gəldi, bunu rədd edə bilməzdim. "Astana"da ölkə çempionu olmaq və Çempionlar Liqasında çıxış etmək istəyirəm. Ötən il ÇL-in qrupunda çıxış etdim. Buna yenidən "Astana" ilə nail olmaq arzusundayam. Əlbəttə, bu, asan olmayacaq. Çünki mübarizəyə I təsnifat mərhələsində başlayacağıq. Hədəfə çatmaq üçün var gücümü ortaya qoyacam". 

Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edirdi. O, "Astana"da "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında oynayacaq.

Oxşar xəbərlər

Riçard Almeyda "Qarabağ"dan getdi
Riçard Almeyda qızıl medal qazandı
Almeyda "Astana"da debüt etdi
Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?
Riçard Almeyda Azərbaycan millisindən imtina edib?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər