reklam
Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?
Sportfm.az xəbər saytı

Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?


Azərbaycan millisinin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni klubu “Astana”nın heyətində Çempionlar Liqasında iştirak edə biləcək. 

Sportfm.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisinin adı “Astana”nın iştirak ərizəsinə daxil edilib. ÇL-in 1-ci təsnifat mərhələsində Monteneqro “Sutyeska”sı ilə qarşılaşacaq Qazaxıstan təmsilçisi səfərə 22 futbolçu ilə yollanıb. “Astana”nın baş məşqçisi Roman Qriqorçuk Almeydanı da ÇL matçı üçün iştirak ərizəsinə daxil edib. 

“Sutyeska” - “Astana” görüşü iyulun 18-də keçiriləcək. Qazaxıstanda keçirilmiş ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

Riçard Almeyda qızıl medal qazandı
Riçard Almeydadan 90 dəqiqəlik performans
Almeyda "Astana"da debüt etdi
Riçard Almeyda Azərbaycan millisindən imtina edib?
Riçard Almeyda: "Astana"nı rədd edə bilməzdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər