Azərbaycan komandası Çempionlar Liqasında -FOTO
Almaniyanın Ştutqart şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, yanvarın 2-dən 6-dək davam edəcək turnirdə Azərbaycanı eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.
Püşkün nəticəsinə görə, D qrupunda yer alan komandanın rəqibləri İsrailin “Dolphins Ashdod”, İsveçin “Lundia”, Almaniyanın “Essen” və Fransanın “Paris” komandaları olacaq.
“Ulduz” yanvarın 2-də Bakı vaxtı ilə saat 12:00-da “Dolphins Ashdod”, 16:00-da isə “Lundia”, yanvarın 3-də saat 15:00-da “Essen”, saat 18:00-da “Paris” komandası ilə qarşılaşacaq.
Yanvarın 4-də 1/4, ertəsi gün yarımfinal, yanvarın 6-da isə üçüncü yer və final oyunu keçiriləcək.
Oxşar xəbərlər
Təmsilçimiz Çempionlar Liqasında 18-ci oldu
Təmsilçimiz Çempionlar Liqasında
Komandamız qapısından 18 top buraxdı
Azərbaycan komandası Çempionlar Liqasının ¼ finalında
Futzalçılarımız İtaliya və İspaniyaya qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası