reklam
75 milyon avroluq təklifi rədd etdilər -
Sportfm.az xəbər saytı

75 milyon avroluq təklifi rədd etdilər -Müdafiəçi üçün


"Mançester Yunayted" müdafiə xəttini gücləndirmək "İnter"in müdafiəçisi Milan Şkriniarı transfer etmək üçün rəsmi təklif ünvanlayıb. 

Sportfm.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. 23 yaşlı müdafiəçi üçün 75 milyon avroluq təklif edilib. Lakin "İnter" "qırmızı şeytanlar"a rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Slovakiya millisinin üzvüylə "Barselona" da maraqlanır. 

Qeyd edək ki, Şkriniar 2017-ci ildə 20 milyon avroya "Sampdoria"dan "İnter"ə keçib. O, bu mövsüm Milan təmsilçisində 10 oyun keçirib.

 

Oxşar xəbərlər

60 milyon avroya "yox" dedilər
6 milyon avroluq təklifi rədd etdilər
İki super klub arasında mübarizə gedir
"Milan"dan 70 milyon avroluq transfer
"İnter"dən 5 milyon avroluq icarə!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər