Federasiya rəsmisi güləşçiləri tənqid etdi
Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və müvafiq yığmanın məşqçilər korpusu ölkə çempionatının medalçıları ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüş Bakı İdman Sarayındakı yarış başa çatdıqdan sonra gerçəkləşib. E.Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını bildirib. O, güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib. Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan çempionatında qızıl medalları Ziya Zeynalov (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Azad Əliyev (72 kq), Rüstəm Əliyev (77 kq), Elvin Mürsəliyev (82 kq), Rafiq Hüseynov (87 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) qazanıb. Onlar millinin hazırlıq prosesinə cəlb ediləcəklər.
Oxşar xəbərlər
Yığmanın heyəti açıqlandı - Dünya çempionatı
Medal qazanan sərbəst güləşçilərlə görüş keçirildi - FOTO
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan çempionatında finalçılar məlum oldu
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası