"Zirə" yarımfinalda, "Neftçi" "Sumqayıt"a qarşı
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı “Bayıl Arena”da baş tutub. Burada“Səbail” “Zirə”ni qəbul edəcək. İlk oyunda qalib gələn "Zirə" bu dəfə də meydandan qalib ayrılıb - 3:2. Bu nəticə Samir Abasovun komandasını yarımfinala yüksəldib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
19 dekabr (çərşənbə)
16:00 “Səbail” – “Zirə” - 2:3
Qollar: Adrian Skarlatake, 3 (avtoqol), Ruslan Qurbanov, 83 - Adil Nağyev, 45+2, 73, Pərdis Fərcad-Azad, 63
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”
19:00 “Sumqayıt” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”.
Oxşar xəbərlər
"Zirə" "Səbail"ə, "Neftçi" "Sumqayıt"a qarşı
Azərbaycan kuboku, ¼ final mərhələsi: Təyinatlar
"Neftçi" və "Keşlə" yarımfinalda
"Keşlə" yarımfinalda, "Neftçi" "Zirə"yə qarşı
Kubokda cavab matçlarının hakimləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası