"Zirə" "Səbail"ə, "Neftçi" "Sumqayıt"a qarşı
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı “Bayıl Arena”da baş tutacaq. Burada“Səbail” “Zirə”ni qəbul edəcək. İlk oyunda "Zirə" rəqibinə 1-0 hesabı ilə qalib gəlib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
19 dekabr (çərşənbə)
16:00 “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”
19:00 “Sumqayıt” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”.
Oxşar xəbərlər
Premyer Liqada üçüncü dövrəyə yekun vurulur
"Zirə" yarımfinalda, "Neftçi" "Sumqayıt"a qarşı
Azərbaycan kuboku, ¼ final mərhələsi: Təyinatlar
Kubokda cavab matçlarının hakimləri məlum oldu
Kubok oyunlarını idarə edəcək hakimlər məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
"Sabah" - "Borussiya" 1:2 - VİDEO
-
Rəhim Həsənov mübaisəli epizodları şərh etdi - VİDEO
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası















Misli Premyer Liqası