reklam
DÇ-2018: Almaniyadan darmadağın, Çexiya Şimali İrlandiya ilə bacarmadı
Sportfm.az xəbər saytı

DÇ-2018: Almaniyadan darmadağın, Çexiya Şimali İrlandiya ilə bacarmadı


Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb. 2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq. Milli komandamızla bərabər "C", "E" və "F" qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda mübarizəyə start verib.
 
Bizim qrupumzda Çexiya – Şimali İrlandiya qolsuz bərabərliklə başa çatıb. Norveç – Almaniya oyununda isə qonaqlar darmadağına seviniblər - 0:3.
 
"E" qrupunda Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfərində qalib müəyyənləşməyib - uyğun olaraq 2:2 və 1:1. "F" qrupunda baş tutan Slovakiya - İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər - 0:1. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar - 1:1.
 
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
 
"C" qrupu
San-Marino – Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov, 45
 
Çexiya – Şimali İrlandiya - 0:0
 
Norveç - Almaniya - 0:3
Qollar: Müller, 16, 60, Kimmix, 45
 
"E" qrupu
Danimarka – Ermənistan - 1:0
Qol: Eriksen, 17
 
Qazaxıstan – Polşa - 2:2
Qollar: Xijniçenko, 51, 59 - Kapustka, 9, Levandovski, 35 (pen.)
 
Rumıniya - Monteneqro - 1:1
Qollar: Popa, 85 - Yovetiç, 87
 
"F" qrupu
Slovakiya – İngiltərə - 0:1
Qol: Lallana, 90+5
 
Litva – Sloveniya - 2:2
Qollar: Çerniç, 32, Slivka, 34 - Krin, 77, Sezar, 90+3
 
Malta – Şotlandiya - 1:5
Qollar: Effionq, 14 - Snodqrass, 10, 61, 84, Martin, 53, Fletçer, 78

Oxşar xəbərlər

İngiltərə üçün önəmli qarşılaşma - DÇ-2022
DÇ-2018: Polşa dünya çempionatında, Norveçdən qələbə
Almaniya, Fransa və İngiltərə qalib gəldi
Almaniyadan qələbə, İngiltərə Sloveniya ilə bacarmadı
Almaniyadan qələbə, Levandovski Danimarkanı təkbaşına məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər