Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Liqası ADİU-da tələbələrlə görüşdü
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.
Sportfm.azxəbər verir ki, 250-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.
Eyni zamanda, təşkilatçılar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıblar.
Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Bildirilib ki, könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, dekabrın 25-dək davam edəcək bu kampaniya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADA Universiteti kimi təhsil ocaqlarını da əhatə edəcək.
Universitetlərdə keçiriləcək təqdimatlarla bağlı ətraflı məlumat www.finalbaku2019.com saytında yerləşdiriləcək.
Oxşar xəbərlər
İki komanda hələ ki, təslim olmayıb
ADPU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirildi - FOTO
Könüllülük Proqramına qeydiyyat davam edir
Mahir Mədətov tələbələrin əhatəsində - FOTOLAR
Avropa Liqası finalı ilə bağlı görüş keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası