reklam
Ağırlıqqaldıranımız Misirdə gümüş medal qazandı
Sportfm.az xəbər saytı

Ağırlıqqaldıranımız Misirdə gümüş medal qazandı


Azərbaycan ağırlıqqaldıranı Əliş Nəzərov Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, 102 kq çəki dərəcəsində yarışan idmançı 309 kq (142+167) nəticə ilə ikinci olub. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının daha iki üzvü də iştirak edib.

96 kq çəki dərəcəsində mübarizə aparan Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, eyni çəkidə yarışan Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.

Oxşar xəbərlər

Günel rekordları yenilədi - Azərbaycan çempionatı
Tehran Məmmədov Azərbaycan çempionu oldu
Atletimiz Dohada 9-cu ola bildi
Atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular - FOTO
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər