reklam
Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq?  -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? -2 NAMİZƏD


Qurban Qurbanovla yolların ayrılmasından sonra milli komandanın yeni baş məşqçisinin əcnəbi olacağı gözlənilirdi. 

Sportfm.az xəbər verir ki, artıq milli komandanın baş məşqçisi olmağa iki namizəd var. Bunlar italiyalı mütəxəssislər - Filippo İnzaqi və Covanni de Byazidi. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. 62 yaşlı çalışdırıcı son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.
Məşhur futbolçu olmuş İnzaqi isə hazırda İtaliya A Seriyasında mübarizə aparan "Bolonya"nı çalışdırır. Komanda 45 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsüm 15 oyundan sonra 2 qələbə qazanıb, 5 heç-heçə edib və 8 oyunda uduzub. "Bolonya" 11 xalla autsayderlər sırasındadı. İnzaqi "Milan" və "Venetsia" klublarını da çalışdırıb.

 

Oxşar xəbərlər

A seriyasının ən yaxşı məşqçisi İnzaqi oldu
İtaliya klubunu Filippo İnzaqi çalışdıracaq
İnzaqinin yeni iş yeri məlum oldu - 3 illik müqavilə
İtaliyalı çalışdırıcı millimizə görə klubdan imtina edib?
İtaliyalı millidən təklif aldığını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər