reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşmədi


Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma keçirilib.

Sportfm.az xəbər verir ki, ötən gündən təxirə salınmış "Qəbələ" - "Zirə" matçında hesab açılmayıb. Qəbələ şəhər stadionundakı görüş 57-ci dəqiqədən etibarən start götürüb. 61-ci dəqiqədə qonaqların futbolçusu Bilal Həmdi qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya yüksəldib və 5-ci pillədə qalıb. 10-cu xalını qazanan "Zirə" isə hələlik, 7-ci sıraya yüksəlib.

Qeyd edək ki, dekabrın 1-də keçirilmiş matçda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.

Oxşar xəbərlər

"Qəbələ"dən darmadağın - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
“Sumqayıt” 0-1 “Qəbələ” - Azərbaycan Premyer Liqası
"Qarabağ" xal itirdi, "Sabah" bərabərə qaldı - Azərbaycan Premyer Liqası
"Sabah" mövsümün ikinci yarısına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər