reklam
Kibersport dünyanın gələcəyi
Sportfm.az xəbər saytı

Kibersport dünyanın gələcəyi


Kibersport – ən sürətlə inkişaf edən idman və əyləncə sahəsidir. Sportfm.az xəbər verir ki, kibersportun populyarlığı və kommersiya cəlbediciliyi ildən ilə artmaqda davam edir. Turnirlərin yayımını məşhur kanallar öz üzərlərinə götürür.
2016-cı ildə "Dota 2” onlayn oyun üzrə beynəlxalq "The International” yarışı keçirilib, mükafat fondu 20,77 milyon dollar təşkil edən turnirdə birinci yer tutan Çin komandası "Wings Gaming" 9,139 milyon (komanda 5 nəfərdən ibarətdir və hər kəsə 1,824 milyon düşüb) qazanıb. Ukrayna  kollektivi "Natus Vincere" 13-16-cı yerləri digər komandalarla bölüşüb və 103 min dollar pul əldə edib. 
Kiberportun ciddi idman növü olması oyunçuların məvacindədə öz əksini tapır. "E-Sports Learning” portalının məlumatına görə, amerikalı Piter Dager 2015-ci ildə Dota 2 oynamaqla 1,7 milyon dollar qazanıb. Çinli  Jou Yanq 2016-cı ilin 8 ayı ərzində 1,8 milyon dollar gəlir götürüb. Postsovet məkanında 2016-cı ildə ən yaxşı nəticə 19 yaşlı ukraynalı Roman Fominyoka aiddir. Roman bu il 700 min dollar qazanc əldə edib.
Ümumiyyətlə kibersportun transfer bazarı çox aktivdir. Demək olar ki, hər gün müxtəlif dərəcəli yarışlar keçirilir. Məsələn, avqustun 8-dən 14-ə kimi "The Internatioal” yarışından başqa  10-a yaxın əhəmiyyətli turnir təşkil olunub. Həmin turnirlərin uduş fondu cəmi 255 min dollar təşkil edib.
Kibersport idman növünə azarkeşlərdən başqa investorlarda maraq göstərir. Bu ilin may ayında alman futbol klubu "Şalke 04” kibersport "Elements” komandasını alıb. Bundan əvvəl Almaniyanın "Volfsburq” və Türkiyənin "Beşikaş” klubları kibersport komandalarına  investisiya ediblər.
Bir il əvvəl Alişir Usmanov kibersport  "Virtus Pro” klubuna 100 milyon dollar pul qoyub. İnvestorların bu sahəyə olan marağını başa düşmək mümkündü. "The International” yarışının mükafat fondu 6 il ərzində 13 dəfə artıb. Son bir ildə oyunun onlayn auditoriyası bir milyon çoxalıb.
"SuperData” portalının məlumatına görə, 2016-cı ildə kibersportun maliyyə həcmi 892,8 milyon dollar təşkil edib. 2018-ci ilə bu rəqəmin 1,1 milyard olmaq ehtimalı var. Pul mükafatından başqa komanda sahibləri reklamdan məvacib əldə edirlər.

Oxşar xəbərlər

Azərbaycan Kibersport Federasiyasının təqdimatı olub - FOTO
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Ən çox qazanan onlardır - SİYAHI
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər