reklam
Sportfm.az xəbər saytı

"Akhisarspor" yenə məğlub oldu, "Fənərbaxça" növbəti mərhələdə -Nəticələr


UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, "Qarabağ"ın Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduğu E qrupunda daha bir darmadağın qeydə alınıb.

İngiltərə "Arsenal"ı Ukraynada "Vorskla"nı 3:0 hesabı ilə yenərək, qrup lideri kimi mərhələ adlayıb. "Sportinq" isə qrupda 2-ci yeri təmin edib.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandasına uduzub. Bununla da "Dinamo" mərhələ adlayıb. Əvəzində "Astana" vəziyyətini çətinləşdirib. Paytaxt klubu son turda Fransada "Renn"ə uduzsa, qrupda qalacaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə heç-heçə sayəsində 1/16 finala yüksəlib. "Beşiktaş” isə səfərdə Norveçin "Sarpsporq" komandası ilə görüşün ilk yarısında 2 topla geri düşsə də, fasilədən sonra hesabı öz xeyrinə dəyişməyi bacarıb. Əvəzində "Akhisarspor” Rusiya "Krasnodar"ına uduzaraq, yenə xalsız qalıb.

Ümumiyyətlə, V turun qarşılaşmalarından sonra Avroliqada növbəti mərhələyə yüksələn komandaların sayı 13-ə çatıb. Daha əvvəl "Arsenal” (İngiltərə), "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) bu hüquqa sahib çıxmışdısa, hesabat turunun görüşlərindən sonra "Zaltsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbağça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) da bu sıraya qoşulub.

Avropa Liqası, qrup mərhələsi, V tur

29 noyabr

A qrupu

21:55. "Bayer" (Leverkuzen, Almaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

21:55. "Sürix" (İsveçrə) - AEK (Larnaka, Kipr) - 1:2

Xal durumu: "Bayer" - 10, "Sürix" - 9, AEK - 5, "Lüdoqorets" - 3.

B qrupu

21:55. "Rusenborq"(Norveç) - "Seltik" (Şotlandiya) - 0:1

21:55. "Zaltsburq" (Avstriya) - "Leyptsiq" (Almaniya) - 1:0

Xal durumu: "Zaltsburq" - 15, "Seltik" - 9, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

21:55. "Bordo" (Fransa) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

21:55. "Zenit" (Rusiya) - "Kopenhagen" (Danimarka) - 1:0

Xal durumu: "Zenit" - 11, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" - 4.

D qrupu

21:55. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0

21:55. "Anderlext" (Belçika) - "Spartak" (Trnava, Slovakiya) - 0:0

Xal durumu: "Dinamo" - 13, "Fənərbağça" - 8, "Spartak" - 4, "Anderlext" - 2

E qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Sportinq" (Lissabon, Portuqaliya) - 1:6

21:55. "Vorskla" (Poltava, Ukrayna) - "Arsenal" (İngiltərə) - 0:3

Xal durumu: "Arsenal" - 13, "Sportinq" - 10, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

21:55. "Betis" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) - 1:0

21:55. "Milan" (İtaliya) - "Düdelanj" (Lüksemburq) - 5:2

Xal durumu: "Betis" - 11, "Milan" - 10, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

19:50. "Spartak" (Moskva, Rusiya) - "Rapid" (Vyana, Avstriya) - 1:2

00:00. "Reyncers" (Şotlandiya) - "Vilyarreal" (İspaniya) - 0:0

Xal durumu: "Vilyarreal" - 7, "Rapid" - 7, "Reyncers" - 6, "Spartak" - 5.

H qrupu

00:00. "Apollon" (Kipr) - "Latsio" (İtaliya) - 2:0

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Marsel" (Fransa) - 4:0

Xal durumu: "Ayntraxt" - 15, "Latsio" - 9, "Apollon" - 4, "Marsel" - 1.

I qrupu

00:00. "Malmö" (İsveç) - "Genk" (Belçika) - 2:2

00:00. "Sarpsporq" (Norveç) - "Beşiktaş" (Türkiyə) - 2:3

Xal durumu: "Genk" - 8, "Beşiktaş" - 7, "Malmö" - 6, "Sarpsporq" - 5.

J qrupu

00:00. "Standard" (Lyej, Belçika) - "Sevilya" (İspaniya) - 1:0

21:55. "Krasnodar" (Rusiya) - "Akhisar" (Türkiyə) - 2:1

Xal durumu: "Krasnodar" - 12, "Sevilya" - 9, "Standard" - 9, "Akhisar" - 0.

K qrupu

00:00. "Yablonets" (Çexiya) - "Renn" (Fransa) - 0:1

19:50. "Astana" (Qazaxıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:1

Xal durumu: "Dinamo" - 11, "Astana" - 8, "Renn" - 6, "Yablonets" – 2

L qrupu

00:00. "Çelsi" (İngiltərə) - PAOK (Yunanıstan) - 4:0

21:55. BATE (Belarus) - "Videoton" (Macarıstan) - 2:0

Xal durumu: "Çelsi" - 15, BATE - 6, "Videoton" - 6, PAOK - 3.

Oxşar xəbərlər

Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu
Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - SİYAHI
Avropa Liqasında V turun oyunları keçiriləcək
Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək
Avropa Liqasında qrup mərhələsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər