reklam
“Daytonada 24 saat” marafonunda iştirak edəcək
Sportfm.az xəbər saytı

“Daytonada 24 saat” marafonunda iştirak edəcək


Formula 1 yarışlarında karyerasını başa vurmuş ispan pilot Fernando Alonso “Wayne Taylor Racing” qrupunun tərkibində və “Cadillac Dİi-VR” avtomobilinin sükanı arxasında 2019-cu ilin IMSA seriyasından olan “Daytonada 24 saat” marafonunda iştirak edəcək.

Sportfm.az xəbər verir ki, bununla bağlı “General Motors” şirkəti ilə pilot arasında razılıq əldə olunub.

Bu razılığa əsasən, Alonso “Indy 5090” əfsanəvi yürüşündə “Chevrolet” mühərriki olan maşınla çıxış edəcək. Kontrakt haqqında açıqlama dekabrın əvvəlində gözlənilir.

Əvvəllər Alonso və dəfələrlə NASCAR çempionu olmuş Cimmi Conson Bəhreyn trasında nümunəvi çıxışlar keçiriblər. Pilotlar bu yürüşlərdə texnika mübadiləsi ediblər.

Xatırladaq ki, Fernando Alonso Formula 1 dünya çempionatlarında özünün son yürüşünü 2018-ci il noyabrın 25-də Əbu-Dabidə keçirilən Qran-Pridə keçirib.

Oxşar xəbərlər

Keçmiş pilot dünyasını dəyişdi - Formula 1
Fransa komandası Alonso ilə müqavilə bağladı
Fernando Alonso tezliklə “Formula 1”ə dönəcək
İkiqat dünya çempionu "Formula 1"ə qayıtmayacaq
Fernando Alonso "Formula-1"i tərk edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər