reklam
Rio-2016: Daha iki gümüş medal sərbəst güləşçilərimizdən gəldi
Sportfm.az xəbər saytı

Rio-2016: Daha iki gümüş medal sərbəst güləşçilərimizdən gəldi


Rio Olimpiadasında sərbəst güləş yarışlarına yekun vurulub. Sportfm.az xəbər verir ki, bu gün iki güləşçimiz medallar uğrunda mübarizəyə qoşulub.

65 kq
London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının qalibi olan Toğrul Əsgərov yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Rəqibini 12:2 hesabı ilə - vaxtından əvvəl məğlub edən Əsgərov 1/4 finala yüksəlib. Bu mərhələdə Əsgərov ABŞ təmsilçisi Frenk Molinaro ilə qarşılaşıb. Amerikalı rəqibini vaxtından əvvəl  - 10:0 hesabı ilə məğlub edən Əsgərov yarımfinala yüksəlib. Finala gedən yolda olimpiya çempionumuz italiyalı Frank Çamiso ilə üz-üzə gəlib. Bu dəfə 7:4 hesabı ilə qələbə qazanan olimpiya çempionumuz finala vəsiqə qazanıb.

Əsgərov həlledici görüşdə  rusiyalı Soslan Ramonova uduzaraq (0:10) gümüş medal qazanıb.

97 kq
Xetaq Qazyumov mübarizəyə 1/16 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Baran olub. 3:0 hesablı qələbə qazanan Qazyumov 1/8 finala adlayıb. Bu mərhələdə onun rəqibi iranlı Reza Yazdani olub. Güləşçimiz rəqibini 2:1 hesabı ilə məğlub etməklə 1/4 finala yüksəlib. Bu dəfə güləşçimizin rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Rəqibini 10:3 hesabı ilə məğlub edən Qazyumov adını yarımfinala yazdırıb. Finala gedən yolda Qazyumov ukraynalı Valeri Andreyçevlə qarşılaşıb. 11:0 hesablı - vaxtından əvvəl qələbə qazanan güləşçimiz finala yüksəlib. Həlledici görüşdə güləşçimiz amerikalı Kayl Snayderə 1:2 hesabı ilə uduzub. Beləliklə, Toğrul Əsgərov kimi Xetaq Qazyumov da Rio olimpiadasında gümüş medal qazanıb.

Oxşar xəbərlər

Güləşçilərimizdən daha 3 medal - Dünya çempionatı
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Rio-2016: Olimpiya çempionumuz bu dəfə bürünc qazandı
Rio-2016: Stadnik gümüş qazandı, Ratkeçiv bürüncü də əldən verdi
Rio-2016: Rövşən Bayramov "bürünc"ü də əldən verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər