Məşhur tennisçi karyerasını bitirdi
Polşalı tennisçi Aqneşka Radvanska karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə Qadın Tennisçilərin Assosiasiyasının (WTA) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 29 yaşlı idmançı sağlamlığı ilə əlaqədar bu addımı atıb. O, peşəkar karyerasını bitirsə də, tennisi atmayacağını və bu idman növünün həyatının xüsusi bir hissəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Aqneşka Radvanska 2012-ci ildə qadın tennisçilərin reytinqində ikinci pilləyə kimi yüksələ bilib. Polşalı tennisçi həmin il Uimbldon turnirinin finalında ABŞ təmsilçisi Serena Uilyamsa uduzub. O, 2015-ci ildə keçirilmiş WTA Tur Çempionatı və Hopman Kubokunun qalibi olub. Radvanska WTA-nın təşkil etdiyi turnirlərdə ümumilikdə 20 titula sahib çıxıb.
Oxşar xəbərlər
Məşhur tennisçi karyerasını bitirdi
Dünyanın ən çox qazanan idmançısı - 37,4 milyon dollar
Dünyanın ən varlı qadın idmançısı odur - FOTO
Şarapova karyerasını başa vurdu
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası