"Qrup lideri olmasaq, dünyanın sonu olmayacaq" -Bernard Şalland
"Bizi qarşıda iki vacib oyun gözləyir. Bizdən azarkeşlər yalnız qələbə gözləyirlər. Farer adaları ilə oyunda komandadan narazı qaldım. Malta və Azərbaycana qarşı yaxşı çıxış etmək istəyirik".
Sportfm.az xəbər verir ki, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland yerli mətbuata açıqlamasında deyib. UEFA Millətlər Liqasında Malta və Azərbaycanla keçiriləcək oyunlar haqda danışan isverçəli mütəxəssis qrup liderliyi barədə danışıb: "İstəyirik ki, pley-offa adlayaq, ancaq bu, baş verməsə, dünyanın sonu deyil. Biz yeni komandayıq, hələ kollektiv formalaşdırırıq. Kosovoda ev tikilir. Bunun üçün təməl qoyulub, mən də birinci mərtəbəni tikirəm. İndidən nəticəni düşünmürük. Əlbəttə, olsa, xoşbəxt olarıq. Daha çox gələcək barədə düşünməliyik.
Oxşar xəbərlər
"Azərbaycanla qarşılaşma final olacaq" - Bernard Şalland
"Millətlər Liqasında bizdən güclü komanda var?" - Kosovonun baş məşqçisi
"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
"Nəticəni uğurlu hesab edirəm" - Ray Farruca
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası