Məmmədyarov dördüncü oldu -FOTO
Hindistanın Kəlküttə şəhərində keçirilən sürətli şahmat üzrə üçgünlük “Tata Steel India Rapid Chess” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Amerikalı şahmatçı doqquz turda 6 xal toplayıb.
Sportfm.az xəbər verir ki, turnirdə ikinci və üçüncü yerləri hərəyə 5,5 xal toplayan Pentala Harikrişna (Hindistan) və Levon Aronyan (Ermənistan) tutublar.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və amerikalı Uesli So isə hərəyə 5 xal toplayaraq 4-5-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Sergey Karyakin 50 faizlik nəticə (4,5 xal) göstərərək altıncı yerdə qərarlaşıb.
Turnir cədvəlində sonrakı yerləri hindistanlı Vişvanatan Anand, Vidit Santoş (hərəyə 4 xal), Nihal Sarin (3 xal), Surya Şekar Qanquli (2.5 xal) tutublar.
Noyabrın 13-14-də turnir iştirakçıları iki dairədən ibarət blits oynayacaqlar. Bu turda 14 yaşlı Nihal Sarini 13 yaşlı Rameşbaby Praqqnandhaa əvəz edəcək.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov 6-cı oldu Tata Steel İndia
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Şah bu dəfə mat edə bilmədi
Məmmədyarov daha bir turniri qazandı
Karuana Stavanqerdə "ən ağıllı" oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası