reklam
Yığmanın futbolçusu klubundan şəxsi təyyarə istədi
Sportfm.az xəbər saytı

Yığmanın futbolçusu klubundan şəxsi təyyarə istədi


Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib.

Sportfm.az xəbər verir ki, 20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib.

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o, "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub. O, Fransa yığması ilə birgə Rusiyada keçirilmiş dünya çempionatının da qalibi olub. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq.

Oxşar xəbərlər

PSJ-nin yeni vitse-kapitanı Mbappe oldu
Mbappe Messiyə çatdı - qol rekordunu təkrarladı
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
PSJ Mbappenin qiymətini açıqladı - 300 milyon
Mbappenin qeyri-adi gücə sahibdirmi? - Buffon "hə" dedi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər