Urmiyada “türk qızları” ilə bağlı tələb –VİDEO
İranın qadın voleybol komandaları arasında keçirilən çempionatda növbəti turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Super Liqa yarışlarının 4-cü həftəsində Urmiyanın “Durna” voleybol komandası Tehranın “Peykan” komandasını “Durnalar Yuvası” (Qədir) stadionunda qəbul edib. 2 mindən çox azarkeşin iştirak etdiyi oyunda qadınların stadiona giriş hüququnu tələb edən şüar səsləndirilib.
Stadionda “Azərbaycan qızları, göylərin ulduzları - Stadion yolları, gözləyir onları”, “Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq, biz alarıq haqqınızı, türk qızları” kimi şüarlar azarkeşlər tərəfindən dilə gətirilib.
Qeyd edək ki, bundan öncə oktaybrın 26-da “Traktor” – “Sepidrud” komandaları arasında keçirilən oyun zamanı da qadın hüquqları ilə bağlı şüarlar səsləndirilmişdi.
İran coğrafiyasında qadınların səsvermə hüququ isə ilk dəfə olaraq 1946-cı ildə (hicri-şəmsi təqvimi ilə 1325-ci il) Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.
Oxşar xəbərlər
Yarımfinalda növbəti oyunlar nə vaxt olacaq?- vaxtı açıqlandı
Azərbaycan çempionatında II turun təqvimi
Qadınlardan ibarət ilk futbol liqası keçirilib - Cənubi Sudanda
40 ildən sonra iranlı qadınlar stadionlarda - VİDEO
"Azərreyl" Super Liqaya qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası