reklam
Sportfm.az xəbər saytı

"Zirə" - "Səbail": 6-cı duel


“Zirə” Topaz Premyer Liqasının X turunda “Səbail”lə qarşılaşacaq. 

Sportfm.az xəbər verir ki, cari mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək. Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib.

Həmin matçlar “qartallar"ın üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən “Zirə” bütün görüşlərdə rəqib qapısına yol tapıb. Top fərqində də bu üstünlük əksini tapıb – 5:2. 

“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb.
"Zirə" 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.

Oxşar xəbərlər

“Zirə”nin “Səbail”lə 13-cü qarşılaşması - Premyer Liqa
“Səbail”lə “Zirə”nin 11-ci dueli
"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Səbail"lə yeddinci dueli
"Zirə"nin "Qarabağ"la 14-cü dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər