Riçard Almeyda qızıl medal qazandı
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana" komandasının heyətində Qazaxıstan çempionu olub.
Sportfm.az xəbər verir ki, buna "Astana"nın Premyer Liqanın XXXI turunda "Kayrat"ın "İrtış"a 0:1 hesablı məğlubiyyətindən sonra nail olublar. bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi "Kayrat" üçün əlçatmaz olub. Bu komanda ardıcıl 5-ci dəfə ölkə çempion olaraq, rekorda imza atıb. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe" ilə bərabərləşib.
Qeyd edək ki, Riçard Almeyda Qazaxıstan komandasına yayda "Qarabağ"dan keçib. "Astana"nın heyətində Azərbaycan klubunun daha bir sabiq futbolçusu Pedro Enrike icarə əsasında çıxış edir. Komandanın baş məşqçisi isə bir müddətdir şəxsi problemləri ilə əlaqədar hazırlıqlarda iştirak etməyən Roman Qriqorçukdur. Qriqorçuk daha əvvəl "Qəbələ"yə rəhbərlik edib.
Oxşar xəbərlər
Riçard Almeydadan 90 dəqiqəlik performans
Almeyda "Astana"da debüt etdi
Riçard Almeyda Çempionlar Liqasında iştirak edə biləcəkmi?
Riçard Almeyda: "Astana"nı rədd edə bilməzdim"
Ardıcıl 3-cü çempionluq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası