
“Qəbələ”nin “Sumqayıt”la 26-cı qarşılaşması
“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunda “Sumqayıt”la qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, 2-ci dövrədə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” sabah “Dalğa Arena”da meydana çıxacaq. Bu görüş iki komanda arasında 26-cı duel olacaq. İndiyədək yalnız Premyer Liqada üz-üzə gələn komandalar 25 dəfə qarşılaşıb.
2012-ci ildə baş tutan ilk matçdan üstünlüyü ələ alan “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi üzərində daha çox qələbə qazanıb. Hesabında 16 qələbə olan “qırmızı-qaralar” 7 dəfə 1 xalla kifayətlənib. Sumqayıtlılar isə yalnız 2 dəfə qalib gəlib. Hətta uduzduğu matçlarda da qol sevinci yaşayan “Qəbələ” 25 oyunun hamısında rəqib qapısına yol tapıb. Top fərqində də “qırmızı-qaralar” öndədi - 44:18. “Sumqayıt”la görüşlərin bombardiri Viktor Mendidi – 7 qol. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.
“Qəbələ” səfərdə keçirdiyi 12 görüşdə 6 dəfə qalib gəlibsə, 4 dəfə bir xal qazanıb. Hər iki məğlubiyyətini rəqib meydanında alan komanda 19 top vurub, 11-ni buraxıb.
Xatırladaq ki, oktyabrın 27-də “Dalğa Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.

№ | Komanda | o | x |
1 | Neftçı | 15 | 30 |
2 | Qarabağ | 15 | 29 |
3 | Zirə | 15 | 24 |
4 | Sumqayıt | 15 | 22 |
5 | Qəbələ | 15 | 18 |
6 | Sabah | 15 | 14 |
7 | Səbail | 15 | 13 |
8 | Keşlə | 15 | 13 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 12 | 28 |
2 | Neftçi-2 | 13 | 27 |
3 | Sabah-2 | 12 | 23 |
4 | Zaqatala | 12 | 22 |
5 | Qarabağ-2 | 12 | 19 |
6 | Kəpəz | 12 | 16 |
7 | Keşlə-2 | 13 | 11 |
8 | Qaradağ Lökbatan | 12 | 9 |
9 | Sumqayıt-2 | 12 | 9 |
10 | MOİK | 12 | 6 |