"Qəbələ"nin "Sumqayıt"la 25-ci dueli
Bu həftə Topaz Premyer Liqasında III turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. “Qırmızı-qaralar”ın mövsümdəki ikinci ev matçı avqustun 25-də baş tutacaq.
Qəbələ şəhər stadionundakı görüş rəqiblərin 25-ci dueli olacaq. Komandalar indiyədək yalnız Premyer Liqada qarşılaşıb. İlk dəfə 2012-ci ildə üz-üzə gələn “Qəbələ” və “Sumqayıt”ın indiyədək keçirdiyi 24 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Əvvəlki 6 mövsümdə "Qəbələ" 16 qələbə qazanıb, 6 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 43:17. Bu da onunla bağlıdır ki, “qırmızı-qaralar” əvvəlki oyunların hamısında qol sevinci yaşayıb.
"Qəbələ"nin bu matçlarda vurduğu 43 qola 26 futbolçu imza atıb. Daha bir dəfə rəqib futbolçu topu öz qapısından keçirib. “Qəbələ”nin “Sumqayıt”la görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə fərqlənib. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.
“Qəbələ”nin öz meydanında keçirdiyi qarşılaşmalardakı üstünlüyü daha böyükdür. 12 görüşdə 10 dəfə qalib gələn komanda cəmi 2 heç-heçə edib. Qonaqların qapısından 24 top keçirən futbolçularımız 6-nı buraxıblar.
Qeyd edək ki, avqustun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
31-ci dueldən kim qalib ayrılacaq?
Bölgə komandamızın 27-ci dueli
“Qəbələ”nin “Sumqayıt”la 26-cı qarşılaşması
"Qəbələ" "Səbail"lə 7-ci duelinə çıxacaq
“Qəbələ”nin “Sumqayıt”la 24-cü dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası