reklam
Sportfm.az xəbər saytı

"Spartak" azərbaycanlı futbolçunu heyətinə qatacaq


Hazırda Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər.

Sportfm.az xəbər verir ki, "qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.

Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. 

Oxşar xəbərlər

Ayaz Quliyev Rusiyada ən zəiflər arasında
Ayaz Quliyev geri dönür!
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Azərbaycanlı futbolçu 100 min avro maaş alacaq - Klubu belə qərar verdi
Azərbaycanlı futbolçu 1,2 milyon avro alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər