Azərbaycan idmançıları Avropa çempionatına yollandı
Azərbaycanın 20 və 23 yaşadək ağırlıqqaldıranları Polşanın Zamots şəhərində oktyabrın 20-də start götürəcək gənclər arasında Avropa çempionatına yollanıblar.
Sportfm.az xəbər verir ki, qitə birinciliyində 8 idmançı mübarizə aparacaq. 20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov (62 kq), bu yaş kateqoriyasında qızların yarışında isə Səbinə Əzimova (53 kq) qüvvəsini sınayacaq.
23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli (62 kq) və Paşa İbrahimli (69 kq) yarışacaq. Qızlardan isə Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq) körpücük üzərinə çıxacaq.
Qeyd edək ki, 40-dək ölkədən 393 atletin (169 qadın + 224 kişi) yarışacağı qitə birinciliyinə oktyabrın 27-də yekun vurulacaq.
Oxşar xəbərlər
Şahmatçılarımız 5 medal qazandı - Avropa çempionatı
Avropa birinciliyində Azərbaycanı 9 idmançı təmsil edəcək
Millimiz Avropa birinciliyində ilk medalını qazandı
Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlandı
Ağır atletlərimiz bu dəfə Albaniyada çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası