Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ağır atletlərimiz bu dəfə Albaniyada çıxış edəcək
Oktyabrın 15-22-də Albaniyanın paytaxtı Tiranada gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) körpücük üzərinə çıxacaq.
Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.
Qadınların yarışında ölkəmizi Elnarə Abbasova (63kq) və Mərziyyə Məhərrəmova (48 kq) təmsil edəcəklər.
Kişilərin mübarizəsində isə Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn Rüstəmov (94 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (105 kq-dan yuxarı) körpücük üzərinə çıxacaqlar.
Oxşar xəbərlər
Avropa birinciliyində Azərbaycanı 9 idmançı təmsil edəcək
Azərbaycanın 7 ağırlıqqaldıranı dünya çempionatında iştirak edəcək
Azərbaycan idmançıları Avropa çempionatına yollandı
Toplamda 346 kq-ı ram edib bürünc medal qazandı
Ağır atletlərimiz Tayvanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası