Millimiz Avropa birinciliyində ilk medalını qazandı
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə yığma komandamızın üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiq yarışda medal qazanmağa çalışıb.
Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub.
Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.
Oxşar xəbərlər
İdmançımız Avropa çempionatında 3 medal qazandı
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Atletimiz Avropa üçüncüsü oldu
Əliyev Avropa 3-cüsü oldu
Toplamda 346 kq-ı ram edib bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası