reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Sloveniyaya yollandı


Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” avqustun 25-də pley-off mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın "Maribor” komandasının qonağı olacaq. Sportfm.az xəbər verir ki, "qırmızı qaralar” səfərə bir gün öncədən yollanıb. Əyalət təmsilçisi Sloveniyaya çarter reysi ilə uçub. Uçus isə səhər saatlarında baş tutub. Roman Qriqorçukun komandası Maribor şəhərində yerləşən "Habakuk” otelində məskunlaşacaq. Qarşılaşma başa çatdıqdan sonra təmsilçimiz vətənə qayıdacaq.

Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma 3-1 hesabıyla "Qəbələ”nin xeyrinə başa çatıb.

Oxşar xəbərlər

"Qəbələ" vətənə döndü - Toplanışı başa vurdu
Ukraynalı "Qəbələ"də qalası oldu!
"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımda
UEFA “Qəbələ”nin oyunlarının yerini dəyişdirdi
"Qəbələ" Gürcüstana nə ilə yollanacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər