reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Gürcüstana nə ilə yollanacaq?


Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Samtredia”nın qonağı olacaq "Qəbələ”nin Gürcüstan səfərinin planı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi qonşu ölkəyə çarter reysi ilə yollanacaq. Saat 12:00-da Bakı Hava Limanından Kutaisi istiqamətində yola çıxacaq Roman Qriqorçkun komandası Vətənə ertəsi gün qayıdacaq. "Qəbələ” "Tsaxltubo Plaza” Hoteldə məskunlaşacaq. Tsaxltubo şəhəri oyunun keçiriləcəyi Zestafonidən 50 km aralıqda yerləşir. İyulun 7-də saat 19:00-da start götürəcək oyundan dərhal sonra təmsilçimiz Azərbaycana qayıdacaq. Qeyd edək ki, bu komandalar arasında ötən cümə axşamı Bakıda baş tutan ilk görüşdə "Qəbələ” 5:1 hesablı qələbə qazanıb. 

Oxşar xəbərlər

"Qarabağ"ın səfər planı bilindi - Avropa Liqası
"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
"Qəbələ" Sloveniyaya yollandı
"Qarabağ" Çexiyaya nə vaxt yollanacaq?
"Qəbələ" Gürcüstana itki ilə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər