Futbolçu Fransa yığmasında oynamaqdan imtina etdi
"Valensiya" klubunun futbolçusu Joffre Kondoqbiya Fransa milli komandasında oynamaqdan imtina edib.
Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Fransa millisinə müntəzəm olaraq dəvət almadığı üçün Mərkəzi Afrika Respublikası (MAR) yığmasına qoşulmağı qərara alıb.
MAR-ın baş məşqçisi Raul Savoy da, öz növbəsində, futbolçuya dəvət göndərmək istəyib, lakin hazırda zədədən əziyyət çəkən J.Kondoqbiya milliyə qoşula bilməyib. Onun növbəti matçlarda komandaya çağırılması gözlənilir.
Fransanın Nemur şəhərində dünyaya gələn futbolçunun valideynləri MAR-dandır. O, Fransa U-20 millisi ilə 2013-cü il dünya çempionatında iştirak edib və kuboku başı üzərinə qaldırıb. J.Kondoqbiya Fransanın əsas millisinin heyətində də 5 oyuna çıxıb. Lakin bunların hamısı yoldaşlıq görüşləri olduğu üçün futbolçu yığmasını dəyişə bilər.
Qeyd edək ki, Kondoqbiya bu il may ayında "Valensiya"ya transfer olunub.
Oxşar xəbərlər
"Ukraynada legioner sayılacaq" - Millimizdən imtina etdi
"Valensiya"nın futbolçusu "Atletiko"-da - 4 illik müqavilə
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
"Valensiya"nın yarımmüdafiəçisi Fransa millisindən imtina etdi
Fransa millisindən imtina etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası