"Bakı"nın şərəfini qorumuş yarımmüdafiəçi ömürlük futboldan qovuldu
FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.
Sportfm.az xəbər verir ki, bunlardan 7-si futbolçu, biri isə menecerdir.
Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb. Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, cəza alan İbrahim Karqbo 2010-13-cü illlərdə "Bakı"nın şərəfini qoruyub.
Oxşar xəbərlər
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
2 futbolçuya ömürlük cəza - Qərar
Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı - Günahı sübuta yetrildi
FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırıldı
FİFA-dan mundialın finalçısına cəza
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası