reklam
Sportfm.az xəbər saytı

"Rəqib futbolçuların ustalığı bizi üstələdi" -Qurban Qurbanov


Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları start götürüb.  

Sportfm.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” klubuna 0-3 hesabı ilə məğlub olub. Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə görüş haqqında qısa fikrilərini bildirib. 

- Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu.

- “Qarabağ” ilk dəfə idi belə pressinq edirdi. Bu, əvvəldən verilmiş tapşırıq idi, yoxsa oyunun gedişində belə qərar verdiniz?

- Düşünülmüş idi. Açığı deyim ki, Emeri son vaxtlar 3 mərkəz müdafiəçisi ilə oynamırdı. Fərqli hazırlaşmışdıq. Ancaq rəqibin sistemini görəndə, bizim üçün təəccüblü oldu. Son anda rəqibin oyununu analiz etdik. Düşünürəm ki, futbolçularım hər şeyi düzgün etdilər. Azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.

 

Oxşar xəbərlər

"Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm" - Ayxan Abbasov
"Olimpiakos" bizi daha yaxşı tanıyır" - Qurban Qurbanov
Qurban Qurbanov “Qarabağ”ın hədəfindən danışdı
Qurban Qurbanov: "Məğlubiyyəti gözləyirdim"
"Yaxşı komandaya qarşı oynadıq" - Unay Emeri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər