"Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm" -Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Evdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən oyunun krtitik anında möhtəşəm dəstəklə futbolçuları ruhlandırdılar. Belə oyunlarda ən böyük üstünlüyümüz onlardır. “Sumqayıt” “Zirə”yə qarşı oyunda çox yaxşı təsir bağışlamışdı. Bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də istədiyimiz sürət olmadı, amma mübarizə apardıq. Hər iki komanda hər qarış üçün mübarizə apardı. Sevinirəm ki, epizod vermədik. Çətinliklərimiz oldu. Xəyal və Eltun xəstə idilər. Onlara da xüsusi təşəkkürümü bildirirəm ki, belə çətin oyunda komandaya kömək etdilər. Ehtiyat qüvvəmiz də çox deyil. Oduvanın zədələnməsi, Ehtiramın, Əzizin olmaması çətinlik yaradır. Hər xal bizim üçün vacibdir. Bu oyun heç-heçə də bitə bilərdi. Bu da bizi qane edə bilərdi. Çünki bizdən aşağı pillədə qərarlaşan komandalara məğlub olmamalıyıq. Çətinliklərimiz olsa da, xarakter göstərməklə, komanda şəklində bu çətinliklərin öhtəsindən gələ bilərik. Hər kəsi təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Oxşar xəbərlər
"“Huner Group” bizi daha da motivasiya edir - Ayxan Abbasov
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
"Evdə üstün oynayacaqlarını bilirdik" - Ayxan Abbasov
"Rəqib futbolçuların ustalığı bizi üstələdi" - Qurban Qurbanov
"Vacib məsələ olsa, müraciət edə bilərik" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası