Cüdo yığmamız dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.
Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
1/4 final mərhələsində rəqib Yaponiya olacaq.
Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/8 final
Azərbaycan - Avstriya - 4:1
57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.
70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1
+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0
90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0
+90 kq. Tornike Kokauri - Daniel Allerstorfer - 1:0
73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib.
Oxşar xəbərlər
Cüdo millimiz Parisdən Bakıya qayıdır - Olimpiada
4 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Cüdoçularımızın yeni mövqeləri - Dünya reytinqi
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası