Kafu Bakıda səfir elan edildi
Bu gün Bakı İdman Sarayında futbol üzrə braziliyalı ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənəd imzalanıb.
Sportfm.az xəbər verir ki, tədbirdə çıxış edən veteran futbolçu bildirib ki, Bakıya ilk səfərində bu cür tədbirdə iştirak etmək onun üçün çox xoşdur: "Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq qürurvericidir. Uşaqların üzünü güldürmək puldan və hər bir qalibiyyətdən önəmlidir". Daha sonra Kafu və D.Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar.
Qeyd edək ki, Kafu 1989 - 2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı sabiq cinah müdafiəçi karyerası ərzində vətənində "San Paulu", "Palmeyras", İspaniyanın "Saraqosa", İtaliyanın "Roma" və "Milan" klublarının formasını geyinib. O, 1994 və 2002-ci il dünya çempionatlarının qalibidir.
Oxşar xəbərlər
Kafunun oğlu dünyasını dəyişdi - FOTO
Fərid Mansurov İsgəndər Cavadovla futbol oynayacaq
Kafu Bakıya gəlir
Bakıda daha bir qlobal forum keçiriləcək - FOTO
"Onun komandasından istənilən şeyi gözləmək olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Oyunların vaxtı açıqlandı - Azərbaycan kuboku















Misli Premyer Liqası