reklam
Bakıdakı dünya çempionatında iştirak edən türk cüdoçu:
Sportfm.az xəbər saytı

Bakıdakı dünya çempionatında iştirak edən türk cüdoçu:"Gözlərim doldu" -MÜSAHİBƏ


Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə kişilər 81 kq, qadınlar isə 63 kq çəki dərəcələrində mübarizə aparırlar. Günə çernoqoriyalı Srdjan Mrvaljeviç üzərində qələbə ilə başlayan türkiyəli cüdoçu Vedat Albayrak döyüşdən sonra sevincini Sportfm.az saytının əməkdaşı ilə bölüşüb:"Azərbaycan publikası qarşısında çıxış etdiyim üçün çox xoşbəxtəm. Hətta tatami üzərinə çıxmadan öncə tribunalardan "Türkiyə, Türkiyə" sədalarını eşitdikdə gözlərim doldu. Burda özümü vətənimdəki kimi hiss edirəm". İkinci görüşündə lüksemburqlu Bayanaa Bilgeni də diz çökdürən Albayrak saytımıza turnirin səviyyəsi haqqında danışıb:"Yarış yüksək səviyyədə təşkil olunub. Biz şəxsən çox razıyıq. Bu turnirdə böyük ustalar iştirak edir. Mən Türkiyə adına medal qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm çətin olacaq. Ancaq biz hər çətinliyə hazır olmalıyıq. Hələ ki, şəhəri gəzməyə vaxtım olmayıb. Amma avtobusun şüşəsindən gördüklərim əsasında onu deyə bilərəm ki, Bakı çox gözəldi".

Qeyd edək ki, bu gün Azərbaycan müvafiq çəkilərdə heç bir idmançı ilə təmsil olunmur.

Oxşar xəbərlər

“Qarabağ”a titullar qazanmağa gəlmişəm” - Kadi
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Türkiyə yığması 17 il sonra medal qazandı - Bakıda
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Türk futbolçu Yaponiya klubunda - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər