reklam
Batumi nüfuzlu turnirə hazırdır
Sportfm.az xəbər saytı

Batumi nüfuzlu turnirə hazırdır


Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.

Sportfm.az xəbər verir ki, Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili olimpiadaya hazırlıq işləri ilə tanış olublar. Olimpiadanın keçirilməsi üçün Batumidə yeni çoxfunksiyalı idman kompleksi inşa olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsoru olduğu olimpiadada 180 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycanı yarışda Qədir Hüseynovun kapitanı olduğu 5 qrossmeysterdən ibarət komanda təmsil edəcək.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək. 

Oxşar xəbərlər

Ümumdünya Şahmat Olimpiadası keçiriləcək
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olimpiadaya yollanacaq - Heyət açıqlandı
FIDE prezidenti 195 ölkəni olimpiadada iştiraka səslədi
FIDE prezidentinin səlahiyyət müddəti məhdudlaşdırıldı
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər