reklam
Sportfm.az xəbər saytı

"Sportinq"dən azarkeşlərə müraciət


Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Sportinq" klubu öz azarkeşlərinə müraciət ünvanlayıb. 

Sportfm.az xəbər verir ki, ötən mövsüm "Atletiko" ilə oyundan sonra UEFA-nın verdiyi cəzanı xatırladan Lissabon təmsilçisi eyni halın təkrarlanmaması üçün azarkeşlərdən stadiona partlayıcı və yanıcı maddələr gətirməməyi, eyni zamanda, meydançaya yad əşyalar atmamağı xahiş edib. 

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyununda (1:0) "Sportinq" azarkeşlərinin meydana atdığı əşyalardan biri hakimə dəymişdi. Hadisəni araşdıran UEFA Portuqaliya klubuna cəza vermişdi. Bu səbəbdən "Qarabağ"la bu gün keçiriləcək qarşılaşmada "Joze Alvalade" stadionunda 3 min nəfərlik yer boş qalacaq. 

Xatırladaq ki, "Sportinq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Sportinq" matçının hakimləri müəyyənləşdi
"Sportinq" məhkəməni qazandı: 30 milyon avro alacaq
"Qarabağ" Portuqaliyaya yollandı - FOTOLAR
"Sportinq" "Qarabağ"la matçda 3000 bilet satışından məhrum oldu
"Sportinq" "Qarabağ"la ilk matçda 3000 bilet satışından məhrum olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər