Millimiz FIFA-nın reytinqində gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, millimizin mövqeyində 3 pillə geriləyib. Yığmamız 1202 xalla 108-ci pillədədir. Millimiz Mavritaniya (103), Haiti (104), Niger (105), Madaqaskar (106) və Kenyanı (107) izləyir.
Millətlər Liqasındakı rəqibimiz olan Kosovo 3 pillə irəliləyərək, 138-ci pillədə qərar tutub (1092 xal). Farer adaları 2 pillə geriləyib və 92-ci yerdə məskunlaşıb (1261 xal). Malta 1 pillə irəliləyərək, 183-cü yerdə qərarlaşıb (928 xal).
Siyahıya DÇ-2018-in bürünc mükafatçısı Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikincidir (1729,12 xal). Braziliya 3-cü (1663), Xorvatiya 4-cü (1643), Uruqvay 5-ci (1632), İngiltərə 6-cı (1612) yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Millimiz iki pillə gerilədi - FIFA reytinqi
Millimiz FIFA reytinqində irəlilədi
Millimiz gerilədi - Reytinq cədvəli
Millimiz bir pillə gerilədi - 281 xal və 118-ci sıra
Azərbaycan milli komandası 13 pillə geriləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Edqar Ədilxanov fərqləndi, komandası uddu - Yoxlama görüşü
-
Mahir çıxdığı ilk oyunda məyus oldu - Polşa çempionatı
-
İdmançılarımız Avropa Çempionatında mübarizə aparacaq
-
"Zaqatala" baş məşqçisini göndərdi - Ayrılıq
-
Kamal Umudlu UEFA-dan növbəti təyinat
-
Yığmamız Avropa çempionatına Afinada hazırlaşacaq














Misli Premyer Liqası