reklam
Bu gün dünya çempionatında fərdi mübarizəyə start veriləcək
Sportfm.az xəbər saytı

Bu gün dünya çempionatında fərdi mübarizəyə start veriləcək


Bu gün Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürəcək. 

Sportfm.az xəbər verir ki, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasını bu çəkilərdə müvafiq olaraq, Aişə Qurbanlı və Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər üçü mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 

Qadınlar 

48 kq 

1/32 final. Aişə Qurbanlı - Amber Gersyes (Hollandiya) 

Kişilər 

60 kq 

1/32 final. Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan) 

1/32 final. Kəramət Hüseynov - Joran Şildermans (Belçika)

İlk görüşlər saat 10:00-da, medal qarşılaşmaları isə saat 16:00-da başlanacaq. 

Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları mübarizəyə başlayır - Avropa Liqası
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər